AnalitikaGündəmSiyasət

Qubadlının Təhsil və Mədəniyyət Ocaqlarının Dirçəlişi

Təhsil və mədəniyyət hər bir cəmiyyətin inkişafında mühüm rol oynayan təməl sütunlardandır. İşğal dövründə Qubadlının məktəbləri, kitabxanaları və mədəniyyət evləri düşmən tərəfindən darmadağın edilmişdi. Lakin Böyük Qayıdış prosesi ilə birlikdə bu sahələrin də dirçəlişinə başlanılmışdır.

Yeni Qubadlıda müasir texnologiyalarla təchiz olunmuş məktəblərin və uşaq bağçalarının inşası nəzərdə tutulur. Bu təhsil ocaqlarında gələcək nəsillər ən yüksək standartlara uyğun təhsil alacaqlar. Qubadlı gəncləri bilikli və savadlı kadrlar kimi yetişərək ölkəmizin inkişafına töhfə verəcəklər.

Mədəniyyət ocaqlarının bərpası da rayonda həyatın canlanmasında mühüm yer tutur. Qubadlı rayon Mədəniyyət Evi və digər yaradıcılıq mərkəzləri yenidən qurularaq sakinlərin xistəyinə veriləcəkdir. Bu, qədim ənənələrin və musiqi mədəniyyətinin yenidən rayona qayıtması deməkdir.

Təhsil və mədəniyyətin inkişafı Qubadlının intellektual potensialını daha da artıracaqdır. İşğaldan azad edilmiş torpaqlarda həyatın hər sahəsi üzrə sürətli inkişaf təmin olunur. Qubadlı yenidən intellekt və mədəniyyət mərkəzinə çevriləcəkdir.

Asif Bayramov,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button