AnalitikaGündəmSiyasət

Zəfərdən Sonra Qubadlı Təbiətinin Oyanışı

Qubadlı rayonu özünün zəngin flora və faunası, səfalı meşələri və təmiz havası ilə seçilir. İşğal illərində bu unikal təbiət ekosistemi erməni işğalçılarının vəhşiliyinə məruz qalmışdı. Meşələr qırılmış, çirkləndirilmiş və təbii sərvətlər amansızcasına talan edilmişdi.

Rayon azad olunduqdan sonra Qubadlı təbiəti sanki yenidən nəfəs almağa və oyanmağa başladı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə ekoloji monitorinqlər aparıldı və bərpa tədbirlərinə start verildi. Təbiətin qorunması və yaşıllıqların bərpası istiqamətində mühüm addımlar atılır.

Qubadlının meşə örtüyünün bərpası və yabanı heyvanat aləminin mühafizəsi xüsusi diqqət mərkəzindədir. Ekoloji tarazlığın bərpası üçün bölgədə yeni qorunan təbii ərazilərin yaradılması nəzərdə tutulur. Bu tədbirlər sayəsində Qubadlı əvvəlki yaşıllığına və gözəlliyinə qovuşacaqdır.

Təbiətin bu oyanışı həm də qələbənin və dirçəlişin simvoludur. İşğalın gətirdiyi qara ləkələr Azərbaycan dövlətinin və xalqının qayğısı ilə silinir. Qubadlı yenidən Azərbaycanın cənnət guşələrindən birinə çevrilməkdədir.

Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button