AnalitikaGündəmSiyasət

20 Oktyabr – Zəngilan şəhəri günü azadlıqdan quruculuğa uzanan yolun təcəssümüdür

20 Oktyabr – Zəngilan şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi əhəmiyyətdaşıyan günlərdəndir. Bu tarix Zəngilanın işğaldan azad olunmasını, dövlət suverenliyininbərpası istiqamətində əldə edilmiş tarixi uğurları və bölgədə yeni həyatın qurulmasını özündəbirləşdirir. Zəngilanın keçdiyi mürəkkəb tarixi yol, işğal dövründə yaşanan çətinliklər vəazadlıqdan sonra başlanmış genişmiqyaslı quruculuq işləri bu əlamətdar günün mənasını daha dadərinləşdirir.

Zəngilan uzun illər işğal altında qaldığı dövrdə ağır dağıntılara məruz qalmışdır. Yaşayışməntəqələrinin, ictimai binaların və infrastruktur obyektlərinin zədələnməsi bölgənin inkişafınaciddi maneələr yaratmış, əhalinin doğma yurdlarından uzaqda yaşamasına səbəb olmuşdur. İnsanların öz evlərinə qayıtmaq, ailə həyatını doğma torpaqda davam etdirmək və gələcəknəsillərini həmin ərazidə böyütmək arzusu uzun müddət gerçəkləşməmişdir. Buna görə dəZəngilanın azad olunması yalnız hərbi uğur deyil, həm də insanların doğma yurda qayıdışümidinin yenidən güclənməsi demək idi.

2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad olunması Vətən müharibəsinin mühümhadisələrindən biri kimi tarixə düşdü. Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizinfədakarlığı və xalqımızın birliyi bu qələbənin əldə edilməsində mühüm rol oynadı. Azad edilmiştorpaqlarda Azərbaycan bayrağının dalğalanması ölkəmizin ərazi bütövlüyünün bərpasıistiqamətində atılan addımların nəticəsini nümayiş etdirirdi.

Azadlıqdan sonra qarşıda duran əsas vəzifə bölgənin yenidən qurulması və insanların qayıdışıüçün zəruri şəraitin yaradılması oldu. Prezident İlham Əliyevin Zəngilana səfərləri zamanıinfrastruktur layihələrinin təməlinin qoyulması, enerji obyektlərinin istifadəyə verilməsi vəyaşayış məntəqələrinin inkişafı ilə bağlı görülən işlərlə tanışlıq bu prosesin ardıcıl şəkildə həyatakeçirildiyini göstərirdi. Dövlətin diqqəti təkcə dağıntıların aradan qaldırılmasına deyil, həm dəmüasir yaşayış və iqtisadi inkişaf modelinin qurulmasına yönəldilmişdir.

Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi Zəngilanın yenilənmə prosesində xüsusiyer tutur. Müasir infrastrukturun, rəqəmsal imkanların və yaşayış üçün zəruri xidmətlərin biraraya gətirilməsi insanların rahatlığını təmin etmək məqsədi daşıyır. Bu yanaşma doğmatorpaqlara qayıdışın davamlı olmasına, kənd həyatının canlanmasına və yeni iqtisadi imkanlarınyaranmasına kömək edir.

Zəngilanın inkişafında nəqliyyat və enerji layihələri də mühüm əhəmiyyət daşıyır. Zəngilan-Horadiz avtomobil yolunun və Zəngilan Beynəlxalq Hava Limanının təməlinin qoyulmasıbölgənin əlçatanlığını artırmaq, iqtisadi əlaqələrini genişləndirmək və əhalinin gündəlik həyatınıasanlaşdırmaq üçün atılmış addımlardır. “Zəngilan” yarımstansiyasının açılışı və rəqəmsalyarımstansiyanın təməlinin qoyulması isə yeni yaşayış məntəqələrinin və iqtisadi obyektlərinetibarlı enerji ilə təmin olunmasına xidmət edir.

Zəngilanın yenidən qurulması tarixi və mədəni irsin qorunmasını da tələb edir. Rayonun qədimyaşayış yerləri, qalaları, sərdabələri, körpüləri və digər memarlıq nümunələri xalqımızınkeçmişini əks etdirən qiymətli sərvətlərdir. İşğal dövründə bu irsə vurulmuş zərərinaraşdırılması, abidələrin vəziyyətinin qiymətləndirilməsi və onların gələcək nəsillərə çatdırılmasımühüm vəzifələrdəndir. Müasir şəhərsalma ilə tarixi irsin mühafizəsi arasında tarazlığınqorunması Zəngilanın özünəməxsus simasının saxlanılmasına kömək edəcək.

Zəngilanın gələcək inkişafı üçün iqtisadi imkanların genişləndirilməsi də vacibdir. Kəndtəsərrüfatı, sahibkarlıq, istehsal, xidmət və turizm sahələrində yeni fəaliyyət istiqamətlərininyaradılması əhalinin məşğulluğunu artırmaq və bölgənin iqtisadi həyatını canlandırmaq üçünşərait yarada bilər. Bu prosesdə yerli əhalinin bilik və bacarıqlarından istifadə olunması, peşəhazırlığının gücləndirilməsi və müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Zəngilan şəhəri günü keçmişin xatirəsi il


Ramilə Fərzəliyeva
,
YAP Xətai rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button