AnalitikaGündəmSiyasət

AQEM Bakı Zirvə Toplantısı sülh və humanitar dəyərlərin təşviqində mühüm tarixi mərhələdir

Bakı şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısı regional sabitlik və sülh quruculuğu məsələlərini ön plana çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Cənubi Qafqazda yaranmış yeni reallıqlardan, sülh gündəliyindən və humanitar əməkdaşlığın əhəmiyyətindən ətraflı bəhs etdi. Tarixi ədalətin bərpa olunmasından sonra regionda uzunmüddətli sülhün təmin edilməsi üçün tarixi şans yaranıb. Azərbaycan hər zaman sülhün, əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, münaqişələrin aradan qaldırılması və sərhədlərin delimitasiyası prosesi beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır.

AQEM məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi şərtdir. Azərbaycan öz gücü və iradəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək beynəlxalq hüququn aliliyini təmin etmişdir. Zirvə toplantısında çıxış edən dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən miqyaslı bərpa və quruculuq işləri barədə geniş məlumat verdi. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Lakin bu prosesin qarşısında duran əsas maneələrdən biri kütləvi şəkildə basdırılmış minalardır. Azərbaycan erməni işğalından qalan minaların təmizlənməsi istiqamətində nəhəng humanitar minatəmizləmə əməliyyatları həyata keçirir. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti və tərəfdaş ölkələri mina təhlükəsinə qarşı mübarizədə Azərbaycana daha fəal dəstək verməyə çağırdı

Humanitar sahədə əməkdaşlıq mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında da mühüm rol oynayır. Bakı prosesi çərçivəsində Asiya və Avropa ölkələri arasında mədəniyyətlərarası körpülər yaradılır. Azərbaycan müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı nümunəvi multikulturalizm mərkəzidir. Zirvə toplantısında humanitar dəyərlərin qorunması, təhsil, səhiyyə və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. Dövlət başçısı vurğuladı ki, gənclərin milli köklərə bağlı, müasir və tolerant ruhda tərbiyə olunması gələcək sabitliyin əsas təminatıdır. Azərbaycan Asiya ölkələri ilə təhsil sahəsində tələbə mübadiləsi proqramlarını uğurla həyata keçirir. Regional sabitlik yalnız hərbi-siyasi tədbirlərlə deyil, həm də iqtisadi və humanitar əlaqələrin dərinləşməsi ilə əldə edilir. Prezident İlham Əliyevin səsləndirdiyi konstruktiv təşəbbüslər bütün iştirakçı dövlətlər tərəfindən rəğbətlə qarşılandı. Azərbaycanın yürütdüyü müstəqil və prinsipial xarici siyasət ölkəmizi regionun söz sahibinə çevirmişdir. Sülh və təhlükəsizlik şəraitində inkişaf edən Azərbaycan gələcəyə inamla baxır. Zirvə toplantısı bir daha göstərdi ki, ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri beynəlxalq səviyyədə böyük dəstək qazanır. Sonda qeyd etmək lazımdır ki, Bakı Zirvə Toplantısı sülh və humanitar dəyərlərin təşviqində mühüm tarixi mərhələdir.

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda tamamilə yeni reallıqlar yaranmışdır. Biz Cənubi Qafqazda və bütövlükdə Asiya məkanında sülhün, əməkdaşlığın və təhlükəsizliyin qəti tərəfdarıyıq.”- Prezident İlham Əliyev

Qönçə Babayeva,
Nizami rayonu 61 saylı məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button