AnalitikaGündəmSiyasət

Milli Həmrəylik Və Güclü Dövlətçilik: Müasir Azərbaycanın Strateji İnkşaf Yolu

Müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələsi milli maraqların qətiyyətlə qorunması, müstəqil xarici siyasət kursu və daxili sabitliyin sarsılmazlığı iləxarakterizə olunur. Böyük Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji kurs ölkəmizi regionun Lider dövlətinə və beynəlxalq aləmin etibarlı tərəfdaşına çevirmişdir. Qazanılan hər bir uğur xalq-dövlət birliyinin və düzgün müəyyənləşdirilmiş milli strategiyanın parlaq təzahürüdür.

Vətən müharibəsində əldə olunan tarixi Zəfər yalnız torpaqlarımızın azad edilməsi ilə bitmədi, eyni zamanda Cənubi Qafqazda yeni hərbi-siyasi reallıqlar yaratdı. Azərbaycan öz hərbi gücü, iqtisadi müstəqilliyi və sarsılmaz iradəsi hesabına 30 illik işğala son qoyaraq bütövlüyünü bərpa etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan öz milli maraqlarını heç bir kənar qüvvənin təsirinə güzəştə getmədən, öz gücü və imkanları hesabına təmin edən müstəqil subyektdir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng bərpa və quruculuq işləri, ‘Böyük Qayıdış’ proqramının uğurlu icrası ölkəmizin nə qədər böyük iqtisadi və təşkilati potensiala malik olduğunu göstərir. Müasir infrastrukturun qurulması, ağıllı kənd və şəhər konseptlərinin tətbiqi Azərbaycanın gələcəyədoğru necə əmin addımlarla irəlilədiyinin bariz nümunəsidir. Bu nəhəng layihələr xarici maliyyəasılılığı olmadan, tamamilə milli resurslarımız hesabına reallaşdırılır.

Qlobal geosiyasi məkanda baş verən mürəkkəb proseslər fonunda Azərbaycanın sərgilədiyi balanslaşdırılmış və prinsipial möqey bir daha sübut edir ki, regionun gələcəyi ilə bağlı əsas söz sahibi ölkəmizdir. Heç bir xarici təzyiq və ya ikili standartlar Azərbaycanın müstəqil inkişaf yoluna kölgə sala bilməz.

Xüsusilə gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərə sədaqət vəmüasir biliklərə yiyələnmək dövlətimizin strateji prioritetlərindəndir. Savadlı, milli ruhda tərbiyəolunmuş və innovativ düşüncəyə malik gənclik müasir Azərbaycanın qüdrətinin ən etibarlı təminatçısıdır. Təhsil və insan kapitalının inkişafı istiqamətində atılan addımlar ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas dayaqlarından birini təşkil edir.

Yekun olaraq qeyd etmək olar ki, güclü liderlik, milli həmrəylik və müasir ordu təməlləri üzərində ucalan Azərbaycan dövləti gələcək hədəflərinə doğru inamla irəliləyir və bütün sınaqlardan daha da güclənərək çıxır.

 

Fəyaz Həsənli,
YAP Xətai rayon təşkilatının fəalı ,Bakı Ali NeftMəktəbinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button