AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Böyük Qayıdışın sosial-iqtisadi dayaqları: Məşğulluq və rifahın bərpası

Azərbaycanın 44 günlük Vətən müharibəsində və suverenliyin tam bərpa olunması ilə nəticələnən antiterror tədbirlərində qazandığı tarixi Zəfər, azad edilmiş ərazilərdə təkcə fiziki infrastruktura deyil, həm də dayanıqlı sosial-iqtisadi həyata keçidi təmin etdi. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli dönüşünü əhatə edən “Böyük Qayıdış” prosesinin ən mühüm sütunlarından biri həmin ərazilərdə məşğulluğun, sahibkarlığın və sosial rifahın bərbasıdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan sənaye parkları, aqroparklar və kiçik biznes güzəştləri regiona yerli və xarici investisiyaların cəlb edilməsinə geniş imkanlar açıb. Azad olunmuş şəhər və kəndlərdə məskunlaşan vətəndaşlarımız üçün yeni iş yerlərinin açılması, peşə təlimlərinin təşkil olunması və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların öz ata-baba yurdlarında daimi və firavan yaşamasına zəmin yaradır.

İqtisadi fəallığın bərpası təkcə azad olunmuş ərazilərin deyil, ümumilikdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, ölkənin eksport potensialının artmasına və regional ticarət əlaqələrinin genişlənməsinə xidmət edir. Qurulan yeni müəssisələr, kənd təsərrüfatı kompleksləri və turizm infrastrukturu regionun yaxın gələcəkdə Cənubi Qafqazın ən mühüm iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir.

27 Sentyabr Anım Günündən başlayan şanlı Zəfər yolu göstərdi ki, torpaqlarımızın azad edilməsi ilə başlanan mübarizə bu gün quruculuq, yaradıcılıq və insan rifahı ilə davam edir. Şəhidlərimizin müqəddəs fədakarlığı sayəsində bərpa olunan bu torpaqlar indi xalqımızın zəhməti, birliyi və quruculuq əzmi ilə daha da çiçəklənir.

Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button