AnalitikaGündəmSiyasət

Şuşa Zəfəri: 44 günün zirvəsi

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində xüsusi yer tutur. Həmin gün Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri oldu. Şuşanın azad olunması ilə Azərbaycan Ordusunun 44 günlük yürüşündə həlledici mərhələ başa çatdı.

Prezident İlham Əliyev Şuşanın azad edilməsini böyük tarihi hadisə kimi qiymətləndirərək şəhərin alınmasının Azərbaycan hərbçilərindən böyük qəhrəmanlıq, peşəkarlıq və milli ruh tələb etdiyini bildirib. Dövlət başçısının çıxışlarında Şuşa əməliyyatının mürəkkəb dağlıq relyef şəraitində həyata keçirildiyi xüsusi vurğulanıb.

Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixində xüsusi yer tutur. Şəhərin strateji və coğrafi mövqeyi əməliyyatın mürəkkəbliyini artırırdı. Buna baxmayaraq, Azərbaycan hərbçiləri qarşıya qoyulan vəzifəni yerinə yetirdilər və 8 Noyabr Azərbaycan tarixinin Zəfər simvollarından birinə çevrildi.

Anım Günündə Şuşa Zəfərini xatırlamaq həm də həmin əməliyyatda həyatını itirən qəhrəmanları yad etmək deməkdir. Şuşa bu gün yalnız azad edilmiş şəhər deyil, Azərbaycan Ordusunun rəşadətinin və şəhidlərimizin müqəddəs əmanətinin simvollarından biridir. Şuşanın bərpası isə həmin Zəfərin sülh və quruculuq mərhələsini nümayiş etdirir.

Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button