Siyarto: Gərgin enerji böhranı dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb
Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb.
Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışı zamanı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. O bildirib ki, Cənubi Qafqazda hasil edilən təbii qazın həcminin artırılması qısa və ortamüddətli perspektivdə şaxələndirilmə üçün ən əlverişli seçimdir.
“Azərbaycanda təbii qaz hasilatının artırılması Macarıstan və Mərkəzi Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynaya bilər. Lakin bunun üçün Avropa İttifaqının da dəstəyi ilə infrastrukturun inkişafı tələb olunur. Avropa dövlətləri bu istiqamətdə işləri davam etdirir. Biz macarlar Azərbaycan qazının ən qısa zamanda Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik”,- deyə nazir qeyd edib.