
Türk dünyasının qədim tarixindən süzülüb gələn birlikdüşüncəsi müasir dövrdə yeni siyasi və stratejiməzmunla zənginləşir. Prezident İlham Əliyevin TürkDövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrərəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər buprosesin mühüm istiqamətlərindən birini — ortaqtəhlükəsizlik və sabitlik anlayışını ön plana çıxardı. Dövlət başçısı türk dövlətlərini birləşdirən ümumietnik köklərin, dil və mədəniyyət yaxınlığınıntəşkilatın güclənməsində mühüm rol oynadığınıbildirdi. Bu birlik sadəcə tarixi keçmişin xatirəsi deyil, xalqlarımızın gələcəyə baxışını müəyyənləşdirənmənəvi və siyasi dayaqlardan biridir.
Müasir dünyada təhlükəsizlik məsələləri getdikcə dahamürəkkəb xarakter alır. Dövlətlər yalnız ənənəvitəhlükələrlə deyil, terrorçuluq, ekstremizm, transmillicinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kiberməkanda və informasiya sahəsində yarananrisklərlə də üz-üzə qalırlar. Belə bir şəraitdə qarşılıqlıməlumat və təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsbedir. Prezident İlham Əliyevin çıxışında təhlükəsizliküzrə rəhbər şəxslərin üzərinə düşən böyük məsuliyyətədiqqət çəkilməsi də məhz bu reallıqdan irəli gəlir. Risklərin vaxtında müəyyənləşdirilməsi və onlarınqarşısının alınması üçün dövlətlər arasında etimadlı vədavamlı əməkdaşlıq vacibdir.
Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatınıngələcək inkişafında təhlükəsizlik amilinin mühüm yertutduğunu bir daha göstərdi. Ortaq təhlükəsizlikarxitekturasının formalaşdırılması türk dövlətlərininhəmrəyliyini daha da möhkəmləndirə bilər. Azərbaycan bu prosesdə fəal rol oynayaraq özünündövlətçilik təcrübəsini, sabitlik və təhlükəsizliksahəsində qazandığı təcrübəni qardaş ölkələrlə bölüşür. Prezident İlham Əliyevin görüşdəki çıxışı bir həqiqətiaydın şəkildə ortaya qoydu: türk dünyasının gələcəkgücü yalnız iqtisadi imkanlarda deyil, həm də sülhə, sabitliyə, qarşılıqlı etimada və birgə məsuliyyətəsöykənən möhkəm əməkdaşlıqda ifadə olunur. Bu yoltəhlükəsiz gələcəyə aparan yol kimi yeni nəsillərinqarşısında geniş imkanlar açır.
Jalə Fərəcova,
YAP Xəzər rayon təşkilatının fəalı



