
İki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı ticarət dövriyyəsinin həcminin durmadan artmasına şərait yaradır. Əvvəllər uzaq görünən bir milyardlıq ticarət dövriyyəsi hədəfi bu gün reallığa çevrilmişdir və yaxın illərdə bu nəticəyə nail olunacağı qətiyyətlə gözlənilir. Bu göstərici iqtisadiyyatlarımızın tələb və ehtiyaclarına cavab verən qarşılıqlı fəaliyyətin bariz nümunəsidir.
İkitərəfli münasibətlərin tarix nəzərə alınarsa, mövcud təməl və potensial olmadan bu miqyasda birgə layihələri həyata keçirmək mümkün olmazdı. Ölkələr arasında qarşılıqlı investisiya layihələrinin genişlənməsi iqtisadiyyatlarımızı daha da gücləndirir. İqtisadiyyatlarımızın paralel kursla inkişaf etməsi ümumi geosiyasətin mühüm amilinə çevrilmişdir.
Hər iki ölkənin hökumətləri tərəfindən həyata keçirilən tədbirlər ticarət əlaqələrinin şaxələndirilməsinə və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Sahibkarlar üçün yaradılan əlverişli şərait qarşılıqlı mal dövriyyəsinin artmasında mühüm rol oynayır. Ticarət əlaqələrinin dərinləşməsi hər iki ölkənin iqtisadi müstəqilliyini möhkəmlədir.
Əldə olunan iqtisadi uğurlar təkcə rəqəmlərlə məhdudlaşmır, həm də xalqlarımızın rifahına birbaşa təsir göstərir. Qarşılıqlı investisiyaların qoyulması, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşməsi gələcək illər üçün daha böyük hədəflər müəyyənləşdirməyə imkan verir. Azərbaycan və Özbəkistan ticarət-iqtisadi əlaqələri qardaşlıq münasibətlərinin sarsılmaz təməlinə əsaslanır.
Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı



