
Milli irsin, qədim tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması Azərbaycan ilə Özbəkistan arasında mənəvi əlaqələrin mühüm hissəsidir. Səmərqənd, Buxara, Xivə kimi qədim Özbəkistan şəhərləri ilə Azərbaycanın tarixi məkanları arasında elmi və mədəni mübadilə həyata keçirilir. Tarixi abidələrin bərpası sahəsində mütəxəssislər birgə layihələr icra edirlər.
Ortaq tarixi şəxsiyyətlərimizin, mütəfəkkirlərimizin və şairlərimizin irsinin öyrənilməsi istiqamətində konfranslar təşkil olunur. Kitabxanalar və muzeylər arasında əməkdaşlıq əlaqələri qurulur. Bu tədbirlər gənc nəslin milli köklərə bağlılıq ruhunda tərbiyə olunmasına xidmət edir.
Liderlərin tarixi irsə göstərdiyi diqqət abidələrin gələcək nəsillərə çatdırılmasını təmin edir. Mədəni irsin qorunması sahəsində UNESCO səviyyəsində də birgə təşəbbüslər irəli sürülür. Bu sahədəki əməkdaşlıq mənəvi birliyimizi möhkəmləndirir.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



