
Azərbaycan ilə Özbəkistan arasında qurulan qardaşlıq ittifaqı regional təhlükəsizlik və sabitliyin qorunmasında mühüm amildir. Qlobal çağırışların və təhdidlərin artdığı müasir dövrdə ölkələrimizin bir-birini dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır. Sərhədlərimizdən kənarda da sülhün bərqərar olması üçün birgə səylər göstərilir.
Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır. Liderlərin apardığı müzakirələr zamanı təhlükəsizlik məsələləri daim diqqət mərkəzində saxlanılır. Beynəlxalq terrorizmə, ekstremizmə və digər təhdidlərə qarşı mübarizədə birgə mövqe nümayiş etdirilir.
Hər iki ölkənin hərbi və xüsusi xidmət orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir. Təcrübə mübadiləsi və birgə təlimlər hərbi potensialın güclənməsinə xidmət edir. Bu təhlükəsizlik mühiti dinc quruculuq işlərinin uğurla həyata keçirilməsini təmin edir.
Azərbaycan-Özbəkistan tərəfdaşlığı regionda sabitliyin əsas təminatçısıdır. Dövlətlərimizin sülsevər xarici siyasəti qlobal miqyasda da yüksək qiymətləndirilir. Bu güclü ittifaq xalqlarımızın təhlükəsiz gələcəyinin qarantıdır.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



