
“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Aktualinfo Media Qrup Qaynarinfo-ya istinadən xəbər verir ki, komandamız Niderlandda “Tvente” ilə qarşılaşacaq. “De Qrolş Veste” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda – Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
20 avqust
22.00 Tvente” (Niderland) – Qarabağ (Azərbaycan)
Hakimlər: Cuxin Caca, Rejdi Avdo, Mario Shazivari, Emanuela Rusta (hamısı Albaniya)
VAR: Canluka Aureliano (Albaniya)
AVAR: Albert Doda (Albaniya)
“De Qrolş Veste”, Enşede, Niderland.



