
Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Aktualinfo Media Qrup “Unikal”-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva təyin olunub.



