
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi Məmmədov Murad Elşən oğlunun anası Şərqiyyə xanımı doğum günü münasibətilə ziyarət ediblər.
Görüş zamanı Şərqiyyə xanıma səmimi təbriklər və ən xoş arzular çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulanıb. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla anılır, onların ailələrinə göstərilən diqqət və qayğı isə dövlətimizin və cəmiyyətimizin ən mühüm mənəvi dəyərlərindəndir.
Şəhid ailələri ilə davamlı görüşlərin keçirilməsi onların hər zaman dövlətin və xalqın diqqət mərkəzində olduqlarının bariz nümunəsidir.
#YAPNizami


