AnalitikaDünyaGündəmSiyasət

Azad Söz və Plüralizm: Demokratiyanın Fundamental Şərti

Müasir cəmiyyətdə demokratik münasibətlərin tam bərqərar olması, heç şübhəsiz, ölkədə azad mətbuatın, aşkarlığın və plüralizmin səviyyəsindən birbaşa asılıdır. Azərbaycan hökuməti azad sözün inkişafı üçün heç bir zaman öz diqqət və qayğısını əsirgəməmişdir.

Dövlət başçısı İlham Əliyev çıxışlarında daim vurğulayır ki, mətbuat qərəzsiz, çevik fəaliyyət göstərməli və insanları operativ məlumatlarla tam təmin etməlidir ki, biz hazırda bu keyfiyyətləri müasir Azərbaycan mətbuatında çox aydın görürük. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində senzura və süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb.

Məhz dövlətin azadlığa verdiyi dəyərin və dəstəyin nəticəsidir ki, bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən, güclü, azad və beynəlxalq rəqabətə davamlı media mühiti mövcuddur.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button