AnalitikaDünyaGündəmSiyasət

Şuşada Tarixi Görüş: Azərbaycan-Slovakiya Strateji Tərəfdaşlığı Yeni İnkişaf Mərhələsində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşada baş tutan görüşü iki ölkə arasındakı əlaqələrin artıq yeni və daha dərin inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Diplomatiyamızın mühüm mərkəzinə çevrilmiş Şuşadan verilən birgə bəyanatlar, ölkələrimizin həm iqtisadi, həm də siyasi sahədə strateji tərəfdaşlığa tam hazır olduğunu göstərir.

Dövlət başçımız İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Biz konkret işlərin tərəfdarıyıq” fikri bu tərəfdaşlığın ən real bələdçisidir. Bu cür konkret layihələrdən ən mühümü kimi Qarabağın yenidənqurma prosesində Slovakiyanın iştirakını göstərmək olar. Xüsusilə, Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasının və orada “Ağıllı kənd” layihəsinin icrasının məhz Slovakiya şirkətinə həvalə edilməsi qarşılıqlı inamın və dostluğun ən bariz göstəricisidir.

Bununla yanaşı, görüş zamanı oktyabr ayından etibarən iki ölkə arasında birbaşa uçuşların açılması barədə müjdənin verilməsi, habelə müdafiə sənayesi və yüksək texnologiyalar kimi sahələrdə ortaq addımların planlaşdırılması əlaqələri daha da gücləndirəcək. Slovakiya Prezidentinin Azərbaycanı regionda ən mühüm iqtisadi və strateji tərəfdaş adlandırması ölkəmizin beynəlxalq arenadakı əvəzolunmaz rolunun növbəti təsdiqidir.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button