AnalitikaDünyaGündəmSiyasət

Şərqlə Qərb Arasında Strateji Tərəfdaşlıq: Azərbaycanın Qlobal Rolu

Bu gün Azərbaycan Şərqlə Qərb arasında təkcə coğrafi deyil, həm də strateji və siyasi bir körpü rolunu oynayır. Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada Azərbaycanı regionun ən mühüm iqtisadi tərəfdaşı adlandırması ölkəmizin bu beynəlxalq mövqeyinin növbəti dəfə təsdiqlənməsidir.

Görüşdə enerji, tranzit və ticarət məsələlərinin müzakirə edilməsi onu göstərir ki, Azərbaycanın inkişaf modeli və sabitlik amili Avropa dövlətləri üçün böyük cəlbediciliyə malikdir. Dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında aparılan rasional xarici siyasət sayəsində ölkəmiz beynəlxalq tərəfdaşların etibarlı müttəfiqinə çevrilib.

Azərbaycan-Slovakiya əməkdaşlığı bu mənada nümunəvi bir modeldir. Qarşılıqlı hörmətə və maraqların uzlaşmasına əsaslanan bu tərəfdaşlıq həm Avropanın inkişafına, həm də ölkəmizin regional qüdrətinin artmasına birbaşa xidmət edir.

Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button