GündəmSosial

Gənclər Fondu və Bakcell “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

Azərbaycan Respublikasının Gənclər Fondu Bakcell-inbirgə tərəfdaşlığı çərçivəsində həyata keçirilənİnnovasiya Süni İntellektüzrə təqaüd proqramının qalibləri ilərəsmi görüş keçirilib.

Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələsi ilə tanış etmək, innovasiya və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf istiqamətləri və proqram çərçivəsində yaradılan perspektivlər ətrafında fikir mübadiləsi aparmaq olub. Görüş zamanı iştirakçılar Gənclər FonduBakcell-in gənclərin innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları barədə ətraflı məlumat əldə ediblər.

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-inbirgə tərəfdaşlığı ilə keçirilən təqaüd proqramının əsas məqsədi Cənab Prezident İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən dövlət gənclər siyasətinin tələblərinəuyğun olaraq təşəbbüskar innovativ gənc nəslinyetişdirilməsinə mühüm töhfə verməkdir. Proqramölkəmiz dayanıqlı innovasiya mühitinin inkişafını təşviq etməklə yanaşı, texnologiya sahəsində yüksək potensiala malik gənclərin yetişdirilməsinə və gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına dəstək göstərir.

Qeyd edək ki, təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub. Çoxmərhələli seçim prosesini uğurla tamamlayan 25 gənc təqaüd qazanıblar. Proqram müddətində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə tədris prosesinə cəlb olunacaq, nəzəri bilikləri real təcrübə ilə birləşdirmək imkanı qazanacaq və rəqəmsal transformasiyanın tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis kimi yetişəcəklər.

Oxşar Xəbərlər

Back to top button