AnalitikaGündəmSiyasət

Milli ordunun qurulması və dövlət müstəqilliyi

Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri milli ordunun yaradılması idi. Dövlətin müstəqilliyini qorumaq üçün güclü ordunun olması vacib hesab edilirdi. Bu məqsədlə qısa müddətdə mühüm addımlar atıldı.

Milli ordunun yaradılması xalqımızın dövlətçilik tarixində böyük əhəmiyyət daşıyırdı. Azərbaycan gəncləri vətənin müdafiəsi üçün ordu sıralarına qoşulurdular. Bu, xalqın müstəqillik ruhunun göstəricisi idi.

Qafqaz İslam Ordusu ilə birlikdə Bakı şəhərinin azad olunması mühüm tarixi hadisə oldu. Azərbaycan torpaqları işğalçılardan təmizləndi və dövlətin təhlükəsizliyi təmin edildi. Bu qələbə xalqımızın milli birliyini daha da gücləndirdi.

Milli ordu yalnız ölkənin müdafiəsini deyil, həm də dövlətçiliyin möhkəmləndirilməsini təmin edirdi. Ordunun formalaşdırılması müstəqil Azərbaycanın əsas dayaqlarından biri hesab olunurdu.

Müstəqilliyin qorunması hər zaman güclü ordu ilə bağlı olmuşdur. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirmişlər. Müasir Azərbaycan Ordusu dünyanın güclü ordularından birinə çevrilmişdir.

Bu gün Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Şanlı ordumuz torpaqlarımızı işğaldan azad edərək dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Nəzrin Həsənova,
YAP Nizami rayon təşkilatının könüllüsü

Oxşar Xəbərlər

Back to top button