AnalitikaGündəmSiyasət

Strateji tərəfdaşlığın möhkəmlənməsi: Bakı–Riqa xətti

22 aprel tarixində Latviya Respublikasının PrezidentiEdqars Rinkeviçsin Azərbaycana etdiyi rəsmi səfər ikiölkə arasındakı münasibətlərdə yeni və əlamətdarmərhələ kimi yadda qaldı. Bu səfər yalnız yüksək səviyyəli diplomatik görüşlərlə məhdudlaşmayaraq, eyni zamanda Baltikyanı region ilə Cənubi Qafqaz arasında möhkəmlənən strateji əməkdaşlığın bariz göstəricisinə çevrildi. Aparılan danışıqlar və imzalanan sənədlər gələcək illər üçün əməkdaşlığın istiqamətlərini daha da aydınlaşdırdı.

Azərbaycan ilə Latviya arasında diplomatik əlaqələr hər zaman qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Avropa İttifaqının fəal üzvü olan Latviya isə Azərbaycanın Avropa məkanında yaxın tərəfdaşlarından biri kimi çıxış edir. Hər iki ölkəni birləşdirən əsas amillərdən biri müstəqilliyə verilən yüksək dəyərdir. Bakı və Riqa milli maraqlara əsaslanaraq eyni zamanda regionda sülh, təhlükəsizlik və iqtisadi inkişafın təşviqinə yönəlmiş təşəbbüslərdə fəal iştirak edirlər.

Səfər çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri xüsusi diqqət mərkəzində oldu. Bakıda keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və təşkil edilən biznes-forum tərəflər üçün yeni imkanlar yaratdı. Azərbaycanın qeyri-neft sektoruna artan maraq və Latviyanın texnoloji imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır. Xüsusilə nəqliyyat, logistika, kənd təsərrüfatı və yaşıl enerji sahələrində əməkdaşlığın genişlənməsi gözlənilir. Baltik dənizi ilə Xəzər dənizi arasında tranzit marşrutlarının inkişafı hər iki ölkənin strateji əhəmiyyətini daha da artırır.

Humanitar sahədə də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Hal-hazırda Latviyanın müxtəlif ali təhsil müəssisələrində 450-dən artıq azərbaycanlı tələbə təhsil alır. Bu gənclər iki ölkə arasında mədəni və elmi əlaqələrin güclənməsində mühüm rol oynayır və gələcək əməkdaşlığın əsas dayaqlarından hesab olunur. Dövlət başçıları arasında uzun illərə dayanan qarşılıqlı etimad və siyasi dialoq bu münasibətlərin möhkəm əsasını təşkil edir. İmzalanan yeni sənədlər isə bu əlaqələri hüquqi baxımdan daha da gücləndirir.

Nəticə etibarilə, Edqars Rinkeviçsin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni, daha fəal mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Siyasi əməkdaşlıq artıq yüksək səviyyədə formalaşıb və növbəti mərhələdə bu münasibətlərin iqtisadi layihələr, investisiyalar və texnoloji əməkdaşlıq vasitəsilə daha da inkişaf etdirilməsi əsas prioritet kimi çıxış edir. Bu yanaşma hər iki ölkəyə həm regional, həm də qlobal miqyasda əlavə imkanlar qazandıracaq.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov

 

Oxşar Xəbərlər

Back to top button