Dünya
Macarıstan Prezidenti Macyara yeni hökuməti formalaşdırmağı tapşırıb

Macarıstan Prezidenti Tamaş Şujok “Tisza” Partiyasının lideri Peter Macyara yeni hökuməti formalaşdırmağı tapşırıb.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı, həmçinin yeni parlamentin ilk iclasını 6-7 may tarixlərinə təyin etmək niyyətindədir. Bu iclasda Macyar yeni baş nazir seçiləcək.
“Respublika Prezidenti mənə bildirib ki, qalib partiyanın lideri kimi yeni parlamentin ilk iclasında baş nazir seçiləcəyəm və hökumət qurmaq səlahiyyəti mənə veriləcək”, – deyə Macyar ölkə prezidenti ilə görüşdən sonra jurnalistlərə açıqlaması zamanı bildirib.
O, həmçinin hökumətin bu ayın ortalarınadək formalaşdırılacağını və fəaliyyətə başlayacağını vurğulayıb.



