MaraqlıSosial

“Qadın – Ana, Sevgi və Mərhəmət Simvolu”

Qadın həyatın bəzəyi, ailənin dayağı və cəmiyyətin əsas sütunlarından biridir. Ana kimi o,bizə həyat verir, müxtəlif sahələrdə çalışaraq cəmiyyətin inkişafına böyük töhfə verir. Tarix boyu qadınlar öz zəhməti,səbr və iradəsi ilə böyük uğurlar qazanmış, cəmiyyətin inkişafında mühüm rol oynamışdır.
Bu gün biz qadınların fədakarlığını,zəhmətini və sevgisini yüksək qiymətləndiririk. Qadın olan yerdə mərhəmət, sevgi və gözəllik var.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə gender bərabərliyinin qorunması istiqamətində mühüm addımlar atılmış, normativ hüquqi baza formalaşdırılmış institusional mexanizmlər formalaşdırılmışdır. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmasına imkan yaratmışdır.
Qadın – ana deməkdir, sevgi deməkdir, mərhəmət və səbr deməkdir. Elm sahəsində, iqtisadiyyatda, mədəniyyətdə,xususilə neft sənayesidə çalışan qadınlar böyük zəhmət və peşəkarlıq göstərirlər. Bu sahə uzun illər daha çox kişilərlə əlaqələndirilsə də,bu gün qadınlar mühəndis, dispetçer,geoloq və digər məsul vəzifələrdə uğurla çalışaraq ölkəmizin iqtisadi inkişafına töhfə verirlər. Bu qadınların güclü və bacarıqlı olduğunu bir daha sübut edir!
Əziz xanımlar! Siz həyatımıza sevgi, gözəllik və ümid gətirirsiniz. Sizin varlığınız dünyanı daha da işıqlı edir.
Bu əlamətdar gün münasibətilə bütün qadınları ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram!
Bayramınız mübarək!

Abdullayeva Aytən,
Neft Kəmərləri İdarəsi YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button