AnalitikaGündəmSiyasət

Enerji istehsalında yeni mərhələ

Bildiyimiz kimi, ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm də bütün bölgələrdə. Demək olar ki, əsas infrastuktur məsələləri öz həllini tapmışdır. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Enerji sahəsində yeni bir dövr başlayır. Yeni açılan külək elektrik stansiyası bu keçidin bariz nümunəsidir. Hazırda enerji istehsalımız daxili tələbatdan daha yüksəkdir, bu da bizim ixrac potensialımızı və enerji müstəqilliyimizi daha da gücləndirir. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı var idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Görülmüş tədbirlər nəticəsində generasiya güclərimiz artırılaraq təqribən 10 min meqavata çatdırılmışdır. Eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər və paylayıcı şəbəkələr vahid bir sistem halında birləşdirilmişdir. Biz qazlaşdırma məsələlərini böyük ölçüdə həll etmişik. Hazırda ölkəmizdə bu göstərici 96 faiz təşkil edir. Bu, son 20 ildə icra olunan infrastruktur layihələri arasında xüsusi yer tutur. Unutmamalıyıq ki, vaxtilə qaz təchizatımız hətta daxili tələbatı ödəməyə belə imkan vermirdi. Biz qazıda xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik.Hazırda dünyanın 10-dan çox ölkəsi Azərbaycan qazını idxal edərək öz enerji təhlükəsizliyini möhkəmləndirir. Bu ölkələrin sayı ildən-ilə artmaqdadır və cari ildə siyahıya daha bir neçə yeni tərəfdaşın əlavə edilməsi gözlənilir. Bakı və Abşeron yarımadısının su problemlərinin həlli məsələlərini müzakirə edəcəyik. Bu, həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Bu fikirləri Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı diqqətə çatdırmışdır.

O, həmçinin bildirmişdir ki, avtomobil yollarının inşası geniş vüsət almışdır. Bu gün həm magistral, həm kənd yolları , şəhərlərarası yollar- bu lahiyələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.

İçməli su və suvarma layihələri də həmişə ölkə rəhbərinin diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur . Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı , həmdə qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi.

“Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan “ su anbarına yığaq və orada ehtiyat yaransın . O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdu, yeni , müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrinə toxunan cənab Prezident qeyd edtmişdir ki, son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətdə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm .

Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su teroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur . Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb . Ancaq mən hesab edirəm , vaxt gəlib çatıb ki, geniş miqyaslı və müvəssəl dövlət proqramı qəbul edilsin . Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək . Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır . Biz bu gün həm bu proqramı müzakirə edəcəyik , eyni zamanda, görülmüş işlərdən danışacayıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq .
Bundan əlavə, Su sektorunda rəqəmsal idarə etmə sistemi də tətbiq edilməlidir. Mən artıq bu barədə məlumat verdim.

Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu , sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda , suvarma üçün də böyük mənbə yaranacaq. Həmçinin “Hövsan” aerasiya qurğusunda Xəzər dənizinə axıdılan tullantı sularını təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair sərəncamla əlaqədar Texniki –İqtisadi Əsaslandırma sənədinin hazırlanması və müvafiq dövlət – özəl tərəfdaşlığı modelinin müəyyən edilməsi ilə bağlı Beynəlxalq Maliyyə İnistitutu ilə əməkdaşlıq həyata keçirilir deyə ölkə başçısı bildirmişdir.

Ağamalıyeva Səidə,
Xəzər rayonu, 323 №li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button