
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı özünə yeni müavin təyin edib.
Gundemws.az Oxu.Az -a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.
Sərəncama görə, Cəlil Abbas oğlu Rüstəmov Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Cəlil Rüstəmov yeni vəzifəyə təyin olunmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.