AnalitikaGündəmSiyasət

Azərbaycan və ECO: Əməkdaşlıqda Yeni Üfüqlər

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəaliyyətində həmişə aktiv və fəal iştirak etmişdir. Üzv ölkələrlə münasibətlərimiz dinamik şəkildə inkişaf edir, qarşılıqlı əlaqələr müxtəlif sahələrdə genişlənir. Bu əməkdaşlıq çərçivəsində regionun iqtisadi inteqrasiyası və dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atılır. ECO-nun potensialından maksimum istifadə etmək Azərbaycan üçün prioritetdir.
Keçən il tarixi bir hadisə baş verdi: ECO məkanında ilk dəfə olaraq COP29 iqlim konfransı keçirildi. Bu tədbir 197 ölkənin, 70 dövlət və hökumət başçısının iştirakı ilə dünya miqyasında əhəmiyyətli forumlara çevrildi. 77 minə yaxın iştirakçının qeydiyyatdan keçməsi konfransın genişmiqyaslı və qlobal təsirini göstərdi. Bu, Azərbaycan üçün beynəlxalq ekoloji gündəmin formalaşmasında iştirak etmək baxımından vacib bir uğur oldu.
COP29 konfransında bir sıra əsas nailiyyətlər əldə edildi. Bunların arasında inkişaf etməkdə olan ölkələrə maliyyə yardımlarının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması qərarı mühüm yer tutdu. Bundan əlavə, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları ilə bağlı yeni razılaşmalar konfransın diqqət çəkən nəticələri oldu. Bu addımlar qlobal iqlim siyasətində balans və ədalətin təminatına xidmət edir.
Azərbaycan həm ECO-nun, həm də qlobal platformaların aktiv iştirakçısı kimi, dayanıqlı inkişaf və ətraf mühitin qorunması istiqamətində öz məsuliyyətini artırmaqda davam edir. Bu əməkdaşlıq gələcəkdə regionun və dünya icmasının qarşısında duran ekoloji çağırışların effektiv həllində böyük əhəmiyyət daşıyacaqdır.

YAP Xəzər rayon təşkilatının fəalı
Xəyal Rzazadə

Oxşar Xəbərlər

Back to top button