
Çoxcəhətli dünya siyasəti müxtəlif bucaqlı əlaqələrin qurulmasına əsaslanır. Dövlətlər arasındakı əməkdaşlıq, qarşılıqlı əlaqələr yeni münasibətlərin formalaşmasında mühüm rol oynayır. Azərbaycan da öz növbəsində dövrün nəbzini tutaraq çoxtərəfli əməkdaşlıqlara əsaslanan xarici siyasi xətt istiqamətində addımlayır. Bu səbəbdəndir ki, dövlətimiz həm regionda, həm də dünya siyasi arenasında dostluq və əməkdaşlığa əsaslanan münasibətlərə üstünlük verir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Beləcə ölkəmiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.
Qarşılıqlı danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı müşahidə edildi ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz bunu deməyə əsas verir. Bilirik ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəd olması, bizim ölkə üçün də keçərlidir. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Demək olar ki, hər iki ölkə eyni çağırışlarla üz-üzədir.Yaxın tarixi illərə nəzər salsaq görərik ki, zəfərlə bitən İkinci Qarabağ müharibəsi BMT-nin Nizamnaməsi əsasında aparıldı. Azərbaycan dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik ədalətsiz işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik. Ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpasına yönəlmiş, beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik. 2023-cü ildə dövlət suverenliyimizi tam bərpa etdik. İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Bu da onu göstərir ki, biz regionda sülhün tərəfdaşıyıq. Əsas məqsədimiz mehriban qonşuluq münasibətləri əsasında inkişafı təmin etməkdi. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq. Xüsusilə qeyd etməliyik ki, bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Müəyyən düzəlişlərin edilməsi qarşılıqlı əlaqələrin inkişafı üçün vacibdir. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur. Münaqişənin birdəfəlik və ədalətli həlli üçün bunlar çox vacibdir.
Hər iki dövlət arasında energetika sahəsində uğurlu əməkdaşlıq əsas hədəflərdəndir. İkitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında qeyd etməliyik. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir. Yeni qaz yataqları istismara veriləcək. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi,