
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin kökü XX əsrin ortalarına dayanır. Sovet dövründə qurulan ilkin təmaslar illər keçdikcə qarşılıqlı hörmət və dəstəyə əsaslanan səmimi əlaqələrə çevrildi. Vyetnam xalqının müstəqillik uğrunda apardığı mübarizədə Azərbaycan ziyalıları və tələbələri onlara mənəvi dəstək göstərmiş, bu da münasibətlərin bünövrəsini formalaşdırmışdı.
İki ölkənin diplomatik əlaqələri 1992-ci ildə rəsmiləşsə də, münasibətlərin mahiyyəti təkcə diplomatik protokollarla ölçülə bilməz. Humanitar, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq bu əlaqələrin canlı nümunəsidir. Bakıda vyetnamlı tələbələrin oxuması və vyetnamlı alimlərin Azərbaycan elmi mühitində tanınması, dostluğun sosial baza üzərində də inkişaf etdiyini göstərir.
Ticarət və enerji sahəsində potensialın üzə çıxarılması isə son onilliklərdə bu münasibətləri strateji səviyyəyə qaldırdı. Azərbaycanın neft-qaz təcrübəsi və Vyetnamın inkişaf etməkdə olan iqtisadiyyatı arasında sinerji imkanları mövcuddur. Hər iki ölkə öz regionlarında sabitlik və tərəqqi üçün çalışan aktorlar kimi əməkdaşlıqda maraqlıdırlar.
Bu gün Azərbaycan-Vyetnam münasibətləri təkcə keçmişin nostaljisi ilə deyil, gələcəyin planları ilə də möhkəmlənir. Rəsmi səfərlər, birgə forumlar və qarşılıqlı investisiya təşəbbüsləri iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın konturlarını daha da aydınlaşdırır. Bu dostluq, zamanın sınaqlarından çıxaraq dərinləşməkdə davam edir.
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı