AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini, ölkənin inkişaf yolunu və regional məsələlərə yanaşmasını geniş şəkildə təqdim etdi. Müsahibə, Azərbaycanın regional təhlükəsizlik, enerji siyasəti və beynəlxalq əməkdaşlıq kimi məsələlərdəki fəallığını bir daha vurğuladı. İlham Əliyev, xüsusən Ermənistanla əlaqələr və Qarabağ münaqişəsinin həlli məsələsində ölkənin prinsipial mövqeyini bir daha bildirdi və Azərbaycanın ərazi bütövlüyünü qorumağa yönəlmiş siyasətinin davam edəcəyini qeyd etdi.

Azərbaycanın enerji sahəsindəki uğurları və bu sahədə həyata keçirilən strateji layihələr müsahibədə diqqət çəkən başqa mühüm mövzulardan oldu. Prezident Əliyev, ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdiriləcəyini və bunun yalnız Azərbaycanın deyil, eyni zamanda Avropa və dünyanın enerji təminatına əhəmiyyətli töhfə verəcəyini vurğuladı. Azərbaycanın özünün enerjinin ixracatçısı kimi rolu, beynəlxalq aləmdə artan təsirini göstərən əsas faktorlardan biridir.

Müsahibədə həmçinin Prezident Əliyev, qlobal dəyişikliklərin və yeni dünya nizamının formalaşmasının Azərbaycanın xarici siyasətinə necə təsir etdiyini də izah etdi. O, Azərbaycanın müstəqil xarici siyasət yürütməkdə israrlı olduğunu, heç bir beynəlxalq təsisat və ya dövlətə arxalanmadığını vurğulayaraq, milli maraqlarının qorunmasının əsas prioritet olduğunu qeyd etdi. Prezident İlham Əliyevin bu müsahibəsi, Azərbaycanın gələcəkdə də sabitlik və inkişaf istiqamətindəki mövqeyini daha da gücləndirəcəyini bir daha göstərdi.

Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button