SiyasətAnalitikaGündəm

Cənubi Qafqazın qara səhifəsi bağlanacaq və tarixdə qalacaq

2025-ci il aprel ayının 16-da Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili Azərbaycana səfər etmişdir.Hər iki dövlətin Prezidenti mətbuata birgə bəyanat verdi.Ölkə başçıları öz çıxışlarında xalqlarımız arasındakı qədim ənənələrə söykənən dostluq əlaqələrindən söhbət açdılar.Həmçinin  siyasi,iqtisadi, mədəni sahələrdə olan əlaqələrimizin bugünkü mənzərəsini dolğun şəkildə təsvir etdilər. Prezidentimiz İlham Əliyev Cənabları ilk çıxışla sözə başladı. Gürcüstan Prezidentini ölkəmizdə salamlayaraq prezident seçkilərindən sonra ilk xarici səfərin rəmzi məna daşınmasını qeyd etdi. Gürcüstan Baş Nazirinin də ilk xarici səfəri Azərbaycana etdiyini xatırladı. Eyni zamanda bu rəmzi mənanın yaxın qonşuluq əlaqəsinin simvolu olmasını izah etdi. Gürcüstanla Azərbaycan arasında dostluğun , mehriban qonşuluğun tarixinin dərin köklərə malik olmasını xatırlatdı.

Cənab Prezidentimiz  ölkəmiz və xalqlarımız arasındakı münasibətlərə toxunaraq çox gözəl vurğuladı ki,Avropanın enerji təhlükəsizliyindən danışırıqsa, bu Azərbaycan və Gürcüstan olmadan mümkün deyil. Azərbaycan Gürcüstan da daxil olaraq 12 ölkəni qazla təmin edir.

Cənubi Qafqaz uzun illər münaqişə zonası olmuşdur.İndi isə Cənubi Qafqazın qara səhifəsi bağlanacaq və tarixdə qalacaq.Gürcüstanla Azərbaycan bütün xarici və daxili siyasətdə bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləmişdir. Gürcüstan Prezidenti  də öz çıxışı zamanı qeyd etdi ki, Gürcüstan və Azərbaycan xalqının dostluğu əsrlərin sınağından çıxmışdır.Bu dostluğun kökləri tarixə dayanır. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünün tanıyır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin bütün bəndlər üzrə qəbul olunmasının tərəfdarıdır. Bizim ümumi gələcəyimiz adət-ənənələrimizlə firavan, dostluq şəraitində yaşamaqdadır. Təəssüf ki, ölkələrimiz daim ikili standartlara məruz qalıb. Xalqlarımızın mənafeyi naminə dostluğumuzu möhkəmləndirməliyik.

Humay Vəliyeva,
Sabunçu qəsəbəsi, 155 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Back to top button