
9 aprel 2025-ci il tarixində ADA Universitetində baş tutan “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Prezident İlham Əliyev geniş və strateji çıxışla çıxış etdi. Onun nitqi qlobal güc balansındakı dəyişiklikləri, regiondakı yeni çağırışları və Azərbaycanın bu proseslərdəki mövqeyini əhatə edirdi. Prezident çıxışı zamanı Azərbaycanın son illərdə qazandığı geosiyasi əhəmiyyəti və beynəlxalq tərəfdaşlıqlardakı rolunu xüsusi vurğuladı.
Forumda iştirak edən çoxsaylı yerli və xarici ekspertlər, diplomatlar və akademiklər Prezidentin fikirlərini diqqətlə dinlədilər. Prezident İlham Əliyev çıxışı zamanı təkcə regional proseslərə deyil, həm də dünyanın gələcək idarəetmə modellərinə toxunaraq, mövcud beynəlxalq institutların yenidən baxılmalı olduğunu bildirdi. O, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin qurulması istiqamətində Azərbaycanın təşəbbüskar mövqeyini ön plana çəkdi.
Prezidentin çıxışı forumun ən vacib məqamlarından biri kimi qiymətləndirildi və Azərbaycanın qlobal siyasi gündəmdə söz sahibi olmağa davam etdiyini bir daha nümayiş etdirdi. Onun vurğuladığı ideyalar, xüsusilə də beynəlxalq ədalətin və suverenliyə hörmət prinsipinin gücləndirilməsi çağırışı forum iştirakçıları tərəfindən müsbət qarşılandı.
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı