
Qlobal Bakı Forumu artıq dünya miqyasında mühüm beynəlxalq platforma kimi özünü təsdiqləmişdir. Hər il dünyanın müxtəlif guşələrindən siyasətçilər, ekspertlər, alimlər və ictimai xadimlər bu tədbirdə bir araya gələrək aktual məsələləri müzakirə edirlər. Forum beynəlxalq münasibətlərin inkişafına, yeni yanaşmaların formalaşmasına və qlobal problemlərə həll yollarının tapılmasına töhfə verir. XII Qlobal Bakı Forumunda iştirak edən 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları, nüfuzlu ekspertlər və ictimai xadimlər Forumun intellektual potensialını göstərir. Bu insanlar böyük təcrübəyə və dərin biliklərə malik olduqları üçün onların müzakirələri dünya siyasətində mühüm əhəmiyyət kəsb edir. Forum iştirakçılarının fərqli mövqeləri və baxışları burada aparılan debatları daha da dəyərli edir.
Forum çərçivəsində keçirilən panel müzakirələrində beynəlxalq siyasət, təhlükəsizlik, enerji məsələləri, iqlim dəyişikliyi, iqtisadi əməkdaşlıq və digər mühüm mövzular müzakirə olunur. Mövqelərin fərqliliyi bu diskussiyaların daha məhsuldar keçməsinə və yeni ideyaların meydana çıxmasına səbəb olur.
Son illər beynəlxalq münasibətlər sistemində sürətli dəyişikliklər baş verir. Müxtəlif bölgələrdə siyasi və iqtisadi kataklizmlər, yeni güc mərkəzlərinin formalaşması, geosiyasi ziddiyyətlərin kəskinləşməsi beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıdır. Bu baxımdan, Qlobal Bakı Forumu kimi tədbirlər qlobal problemlərin müzakirə olunduğu və müxtəlif yanaşmaların formalaşdığı mühüm platformaya çevrilir.
Forumun əsas üstünlüklərindən biri də müstəqil və balanslı mövqeyə malik olmasıdır. Burada təkcə böyük dövlətlərin deyil, həm də inkişaf etməkdə olan ölkələrin və regional güclərin də baxışları səsləndirilir. Bu da Forumun qlobal miqyasda etibarlı və obyektiv platforma kimi mövqeyini möhkəmləndirir.
XII Qlobal Bakı Forumunun açılış sessiyası göstərdi ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Bu fikirlər bəzən bir-birinə zidd olsa da, məhz bu müxtəliflik Forumun əsas güc mənbəyidir. Müxtəlif siyasi sistemlərə və ideologiyalara malik ölkələrin nümayəndələrinin bir araya gələrək qarşılıqlı fikir mübadiləsi aparması yeni həll yollarının tapılmasına şərait yaradır.
Bundan əlavə, Forum iştirakçıları arasında sabiq dövlət və hökumət başçılarının olması xüsusi əhəmiyyət kəsb edir. Bu şəxslər bir çox qlobal hadisələrin canlı şahidləri və iştirakçıları olduqlarına görə onların fikirləri gələcək strategiyaların müəyyən edilməsində vacib rol oynayır.
Qlobal Bakı Forumu beynəlxalq məsələlərin müzakirə edildiyi, yeni ideyaların formalaşdığı və dünyada mövcud problemlərə həll yollarının təklif olunduğu mühüm platformadır. Fərqli mövqelərin və baxışların toqquşması burada aparılan diskussiyaları daha məhsuldar edir və beynəlxalq münasibətlər sisteminə yeni töhfələr verir. Forumun davamlı olaraq bu rolu oynamağa davam edəcəyi və qlobal problemlərin həllində mühüm rol oynayacağı şübhəsizdir.
İslam Bafadarov,
YAP-ın gənc fəalı