
Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etsə də, sülh sazişi olmadan tam sabitlik mümkün deyil. Ermənistanın qeyri-konstruktiv mövqeyi, silahlanma siyasəti və bəzi xarici qüvvələrin prosesə müdaxilə cəhdləri vəziyyəti mürəkkəbləşdirir.
Müharibədən sonrakı dövrdə aparılan diplomatik proseslər hələlik konkret nəticə verməyib. Sülh sazişinin imzalanmaması Ermənistan cəmiyyətində qeyri-müəyyənliyi artırır və siyasi manipulyasiyalara səbəb olur. Bu vəziyyət sərhəd bölgələrində təxribatların baş verməsinə və regional gərginliyin davam etməsinə gətirib çıxarır.
Beynəlxalq təşkilatlar da bu məsələdə qətiyyət nümayiş etdirməlidir. Əgər bölgədə həqiqətən sabitlik və inkişaf istəyilirsə, sülh danışıqlarına mane olan amillər aradan qaldırılmalı və tərəflər beynəlxalq hüquq normaları çərçivəsində razılığa gəlməlidir. Sülh müqaviləsi yalnız kağız üzərində deyil, praktik olaraq icra edilməli, uzunmüddət
Beləliklə, sülh sazişi olmadan Cənubi Qafqazda tam sabitlikdən danışmaq mümkün deyil. Davamlı sülh və inkişaf üçün hüquqi sənədlər imzalanmalı, qarşılıqlı öhdəliklər yerinə yetirilməli və düşmənçilik siyasətindən imtina olunmalıdır.
Ağadadaş Həsənalıyev,
YAP Xəzər rayon təşkilatının fəalı