AnalitikaGündəmSiyasət

Qlobal Bakı Forumu, regional əməkdaşlıq və sülhün təşviqinə dair mühüm qərarların qəbul olunduğu yerdir

13 mart 2025-ci ildə Bakı şəhərində keçirilən XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda əhəmiyyətli bir çıxış edib. Forumun açılışında iştirak edən Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbirin qlobal miqyasda böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu ilki forumda dünyanın müxtəlif bölgələrindən 400-dən çox nüfuzlu siyasətçi, alim, ekspert və diplomatik nümayəndə iştirak edib. Tədbir zamanı çıxışında Prezident İlham Əliyev bildirmişdir ki, qlobal miqyasda baş verən geosiyasi dəyişikliklərin və müxtəlif çağırışların dünyanın yeni düzəninə təsirini geniş şəkildə təhlil edib. O, müxtəlif beynəlxalq böhranların və sülh məsələlərinin həlli yolları barədə fikirlərini bölüşdü və multilateralizmin önəmini qeyd edib.

Forumda müzakirə edilən digər əsas məsələlərdən biri də çoxqütblü dünya düzəninin qurulması, gələcək üçün yeni dünya nizamının formalaşdırılması və qlobal səhiyyə böhranı kimi məsələlər oldu. Prezident İlham Əliyev  BMT-nin rolunun artırılması və dünya sülhü üçün yeni yolların tapılması istiqamətində konkret təkliflər irəli sürdü. O, çağırışları fürsətə çevirməyin vacibliyini və beynəlxalq əməkdaşlığın hər zamankindən daha çox zəruri olduğunu bildirdi. Prezident İlham Əliyev, həmçinin gənclərin bu prosesslərdəki roluna toxundu və gənclərin dünyanın gələcəyini formalaşdırmaqda əhəmiyyətli yer tutduğunu vurğuladı. Forumun bir hissəsi də gənclərə verilmiş söz haqqı və onların mövcud problemlərə olan baxışını paylaşmasına imkan yaratdı.

Bu ilki forumda iştirakçılar arasında bir sıra mühüm müzakirələr və fikir mübadilələri aparıldı. Tədbir zamanı dünya ictimaiyyətinin üzləşdiyi ən böyük çağırışların, birgə səylər və qarşılıqlı anlaşma yolu ilə həll edilə biləcəyi qənaətinə gəlinib. Forumun sonunda Prezident İlham Əliyev çıxışını yekunlaşdıraraq sülh və təhlükəsizlik mövzusunda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. O, belə beynəlxalq tədbirlərin gələcəkdə də təşkil olunmasının dünya problemlərinin həllinə mühüm töhfə verəcəyinə inandığını bildirdi.

XII Qlobal Bakı Forumunun gündəliyi bir neçə gün davam edəcək və dünya düzənindəki mövcud problemlərin həllinə dair əhəmiyyətli qərarların alınacağı platforma olacaq.

Mehriban Nadirova,
YAP Xəzər rayon təşkilatının gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button