AnalitikaGündəmSiyasət

Qlobal Bakı Forumu, regional və qlobal məsələlərə dair yeni yanaşmaların müzakirə olunduğu mühüm tədbirdir

Qlobal Bakı Forum qlobal gündəlikdəki mühüm məsələlərin müzakirə olunduğu və həllinə yönəlik strateji qərarların alındığı bir beynəlxalq platforma olaraq əhəmiyyətini artırıb. 2011-ci ildən başlayaraq, hər il təşkil olunan bu forum, dünya siyasətində, iqtisadiyyatında, təhlükəsizlik məsələlərində və digər sahələrdəki əsas problemləri müzakirə etmək üçün mütəxəssisləri, dövlət rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini və akademikləri bir araya gətirir.

Forumun əsas  məqsədi müasir dövrün çağırışlarına cavab vermək, müxtəlif ölkələr arasındakı əməkdaşlığı möhkəmləndirmək və qlobal problemlərin həllində əməkdaşlıq etməkdir. Xüsusilə, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, qlobal enerjinin idarə olunması və ətraf mühit məsələləri forumun əsas müzakirə mövzuları arasındadır.

Həmçinin Azərbaycanın beynəlxalq aləmdəki rolunu daha da gücləndirir və ölkənin qlobal məsələlərə dair fəal siyasətini nümayiş etdirir. Azərbaycan forum vasitəsilə dünya miqyasında mühüm məsələlərə təsir göstərən bir tərəfdaş olaraq tanınır və özünün regiondakı strateji mövqeyini nümayiş etdirir.

Foruma qatılan beynəlxalq nümayəndələr müxtəlif dövlətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müsbət nəticələr əldə edirlər. Bu cür platformalar, müxtəlif mədəniyyətlər və ölkələr arasında anlayış və etimadın artmasına şərait yaradır və bu da dünyada sülhün, sabitliyin və inkişafın təmin edilməsində vacib bir addımdır.

Bütün bu faktorlar Qlobal Bakı Forumunun qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilməsini təmin edir. Hər il təşkil olunan bu tədbir, özünə inamla gələcəyə doğru addım atır və dünya siyasətindəki mövqeyini daha da gücləndirir.

Faiq Xələfov,
YAP Xəzər rayon təçkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button