AnalitikaGündəm

Prezident İlham Əliyev firəvan həyatımızın səbəbkarıdır

Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan Cənab İlham Əliyev düşünülmüş və müdrik qərarları ilə hər zaman həyatımıza yeni nəfəs gətirir.

Bu yurdun sakinləri zaman-zaman Vətən qarşısında çətin, eyni zamanda, gərəkli sınaqlardan çıxmalı olublar: mərdlik, qeyrət, qəhrəmanlıq, rəşadət sınaqlarından. Sanki bu torpağın insanlarının alnına yazılıb, hər qarışı qanları-canları ilə qorumaq və bundan da qürur duymaq və nəhayət, dünyaya nümunə olmaq. Bəli, bəlkə də xalqımızın bütün mərhəmətli, vicdanlı, əqidəli xüsusiyyətlərinə görə Ulu Tanrı Azərbaycan xalqının taleyinə Ilham Əliyev kimi Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan, Tarix Yazan Sərkərdəni, nəsib edib. Məhz Cənab Prezidentin xalqına, vətəninə sonsuz məhəbbəti, misilsiz əvəzolunmaz xidmətləri sayəsində Azərbaycanımızın parçalanması, vətəndaş müharibəsinin başlanmasına, düşmən tərəfindən daha çox ərazilərin işğalına, maddi-mədəni sərvətlərimizin mənimsənilməsinə və nəticə etibarı ilə ölkəmizin iqtisadi və siyasi əsaslarına qarşı yönələn qəsdlərin qarşısını almaq mümkün olmuşdur. Məhz Qətiyyətli Prezident Ilham Əliyevin yürütdüyü düzgün və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz sabit həyat və dinamik inkişaf yolunu yaşayır.
Bir sözlə, İlham Əliyev firəvan həyatımızın səbəbkarıdır.

Prezident İlham Əliyev xalqının elə bir oğlu və elə bir şəxsiyyətidir ki, o, Azərbaycan xalqını dünyaya fədakar, sülhsevər, eyni zamanda, haqq yolunda hər bir formada mübarizə aparmağa və qalib gəlməyə qadir xalq olduğunu sübuta yetirmişdir.İnanırıq ki, bundan sonra da İlham Əliyevin rəhbərliyi hələ uzun illər ölkəmizin inkişafının, daha da güclənməsinin şahidi olacağıq.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button