Hər bir xalqın, dövlətin strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Hazırda ölkəmizdə bütün sahələrdə yenilənmə müşahidə olunur. Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasət ilə ölkə iqtisadiyyatında sürətli və davamlı inkişafa nail olub. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirərək, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Qısa müddət ərzində idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına əlverişli şərait formalaşdırdı.
Dövlət başçısının son 21 ildə Azərbaycanın bu günü və gələcəyi naminə atdığı addımlar, əldə olunan uğurlarla verdiyi hər bir vədi reallığa çevirdiyini təsdiqlədi. Qazanılan yüksək nailiyyətlərin ümumiləşdirilmiş ifadəsi Prezident İlham Əliyevin adını Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir. Dünya liderləri sırasında xüsusi yeri və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və uğurlu görünür. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqını bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq. Hər bir Lider öz xalqının yetirməsi, hər bir ölkə Liderinin əsəridir!
Abbasova Yeganə,
YAP-ın fəalı