GündəmSosial

Əsgərliyə çağırışın yuxarı yaş həddi niyə azaldılır?

“Əvvəllər bizdə bu tendensiya – 30 yaşa qədər orduya çağırılma olub. Müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla bu yaş 35-ə qaldırılmışdı”.

Gundemws.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu gün keçirilən plenar iclasda bildirib.

“Amma artıq bu istiqamətdə ciddi problem yoxdur. Bu gün ordunun komplektləşdirilməsində yaşın aşağı salınmasında fərq yoxdur.  Fiziki, psixoloji hazırlıq, yetkinlik baxımından bu yaş nəzərə alınır”, – deyə A.Nağıyev bildirib.

O əlavə edib ki, alternativ xidmət, hələ pullu xidmət deyil: “Bu, dünya praktikasında da belədir. Çağırışçı bir il xidmət edirsə, alternativ xidmət iki dəfə artıq olur. Bu da əsasən müharibə vaxtı deyil, sülh dövründə olur. Konkret olaraq harada xidmət keçmələri haqqında müvafiq məlumatlar verilir. Bu gün təxminən 15-16 nəfərə yaxın belə vətəndaşımız var. Bunlar Yehovanın Şahidləri dini qurumlarına məxsusdur. Onlar alternativ xidmət keçmək istəyirlər. Həmin şəxs müraciət etməzdən əvvəl dini və ideoloji səbəblərdən hərbi xidmətə qarşı olan mövqeyini təsdiq edən sənədləri təqdim etməlidir”.

Oxşar Xəbərlər

Back to top button