GündəmSosial

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov təqaüdə göndərilib.

Gundemws.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Ali Məhkəmədə tədbir keçirilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynovun uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Oxşar Xəbərlər

Back to top button