Azərbaycan sədrlik etdiyi COP29-a zəif inkişaf etmiş kiçik ada dövlətlərinin ekoloji problemlərinin həllinə beynəlxalq dəstək mexanizmlərinin müzakirə olunacağı platforma kimi yanaşır. Prezident İlham Əliyevin humanist təşəbbüsləri sayəsində respublikamız son illərdə inkişaf etməkdə olan ölkələrin fəal himayədarlarından biri kimi tanınır. “- Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətimiz yeni, daha yüksək səviyyəyə qalxıb.” Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışında qeyd etmişdir.
Sammitdə vurğulanan əsas məsələ kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsi ilə bağlı idi.Elə Prezident İlham Əliyev də bunu əsas tutaraq inkişaf etmiş bütün ölkələrin,xüsusən də müstəmləkə keçmişi olan ölkələrin kiçik ada dövlətlərinə maddi və texniki dəstəyin göstərməsini bildirmişdir.İnkişaf etmiş ölkələr dəstək göstərməlidir ki,kiçik ada dövlətləri də iqlim dəyişmələrinin fəsadlarından özlərini qoruya bilsinlər. O,eyni zamanda sammitdə iqlim dəyişiliklərinin hər bir ölkəyə, o cümlədən Azərbaycana da təsirindən də söz açıb. -Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar olsun ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Prezident İlham Əliyev Sammitdə Azərbaycanın kiçik ada dövlətlərinə birmənalı dəstəyindən də söhbət açıb. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik.Biz həmçinin su təchizatı,qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə,o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Azərbaycan Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “ Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan COP29-un sədri qismində dünyada sülhü təşviq etməklə yanaşı XXI əsrdə geniş rast gəlinən müstəmləkəçilik və kolonializm siyasətinə qarşı barışmaz mövqeyini ifadə edir. Rəsmi Bakı xüsusilə Fransanın kolonializm siyasətinin qlobal sülhə, təhlükəsizliyə ciddi təhdid olduğunu, ekoloji tarazlığı pozduğunu, kiçik ada dövlətlərini müstəmləkəçiliyə məruz qoyduğunu kəskin formada pisləyir. Məqsəd həm də bəzi dövlətlərin imperalizm və müstəmləkəçilik siyasətinin iqlim dəyişmələrinə qarşı kollegial mübarizəyə neqativ təsirlərini dünyanın diqqətinə çatdırmaqdır. Kolonializm siyasəti kiçik ada dövlətlərinin zəngin təbii sərvətlərinin talanmasına, qeyri-qanuni yolla mənimsənilməsinə hesablanıb ki, bu da qlobal iqlim problemlərinə rəvac verən əsas amillər sırasındadır.
Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır. – Əgər Avropanın əsas diplomatı Cozep Borrel Avropanı bağ,dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa,onda Avropa Parlamenti ilə Avropa Assambleyasından nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə,onda bizdən kənar durun və işlərimizə qarışmayın.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə həmişə dəstək verib. COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək. Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişafda olan dövlətlərin Sammitindəki bu çıxışı demək olarki, öz sözünü demiş və nöqtəsini qoymuşdur.
Sadıqova Aynur,
Xəzər rayonu 322 nömrəli tam orta məktəbin müəllimi