AnalitikaGündəm

Cop tədbirlərinin 29-cu dəfə keçirilməsi və tədbirin təşkil olunduğu şəhərin Bakı olması qürurverici bir haldır

İlk olaraq Cop (Conference of Parties) tarixinə nəzər salsaq görərik ki, bu tədbirlərin keçirilməsinin əsas məqsədi insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir. Cop tədbirlərinin 29-cu dəfə keçirilməsi və tədbirin təşkil olunduğu şəhərin Bakı olması qürurverici bir haldır. Azərbaycan yardımsevərliyi ilə daim seçilən ölkədir. Bu dəfəki yardım əli isə kiçik ada dövlətlərinə uzadıldı.

İnsan övladının təbiətə verdiyi zərərlərin sayı hesabının olmamasını söyləmək acınacaqlı hal olsa da, bu gerçəkdir. İstər havaya buraxılan zərərli qazlar, istər oksigen mənbəyimiz olan ağacların kəsilməsi, istərsə də dənizlərə, göllərə,çaylara atılan zərərli maddələr. Bunların qarşısını almaq üçün Dünya olaraq əl-ələ verməyin vaxtı gəlib, hətta gecikirik.

Araşdırmalara görə dünyada dəniz sularının səviyyəsinin artması nəticəsində 600 milyondan çox insan öz yaşadığı yeri tərk edə bilər. Belə ki, “su şəhəri” kimi tanınan Venesiya şəhəri dəniz sularının altında qalma təhlükəsiylə üz-üzədir. Eyni zamanda təbiətinin gözəlliyi ilə fərqlənən Maldiv adalarında bilirik ki, daxildə 1200-ə yaxın ada var. İqlim dəyişikliyinin fəsadları bu adalara da toxunmadan keçmir. Belə ki, dəniz səviyyəsinin yüksəlməsi ilə adalar su altında qalmaqla üzləşiblər. Belə fəsadlarla üzləşən bir çox ərazinin adını çəkmək olar.

Yuxarıda qeyd edildiyi kimi kiçik ada dövlətlərinə yardım əli uzadan Cənab İlham Əliyev “Cop29 çərçivəsində kiçik ada dövlətlərinin Sammitində” bir çox fikirlər və faktlar söyləyib.

Sammitdə İlham Əliyev bildirdi ki, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.

Azərbaycana səfər edən, Baham adalarının, Tuvalu və Tonqanın rəhbərləri səfər zamanı Cənab İlham Əliyevlə bu barədə ətraflı müzakirələr etmiş və müəyyən addımlar atılmışdır. Eyni zamanda İlham Əliyev bildirdi ki,  Azərbaycan Millətlər Birliyinin  kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırılıb. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Bu kimi uğurlu addımlar sayəsində kiçik ada dövlətləri ilə münasibətlər yüksək səviyyəyə qalxıb. Eyni zamanda bildirmək lazımdır ki, iqlim dəyişikliyi fəsadlarına yalnız kiçik adalar yox, həm də böyük ölkələrdə məruz qalıb. Ölkəmizin incisi olan  Xəzər dənizində dəniz səviyyəsinin gündən günə azalması , göllərdə, çaylarda suyun azalması, başı qarlı dağlarımızın ağ örpəyə bürünməməsi və başqa bu kimi hallar böyük təhlükələrlə üzbəüz qaldığımızdan xəbər verir. Yaxın illərə nəzər salsaq görərik ki, dünyada baş verən yanğın, sel, daşqın, zəlzələ, kəskin yağışlar da böyük  problemlərə səbəb olur.

Bu kimi halların qarşısını almaq üçün bizə əmanət edilən Dünyanı gözümüz kimi qorumalı və qayğısına qalmalıyıq. Axı əmanətə xəyanət etmək bizlərə yaraşmaz.

Zümrüd Hacıyeva,
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
müəllimi

Oxşar Xəbərlər

Back to top button