Analitika

Azərbaycanın MDB ölkələri ilə iqtisadi əlaqələrinin inkişaf perspektivləri…

Sovet İttifaqının dağılması ilə bu ittifaqa daxil olan ölkələr arasında iqtisadi münasibətlərin qırılması və özünəməxsus geosiyasi vakkumun yaranması Azərbaycanı da digər respublikalar kimi, dünya siyasəti, iqtisadi və ümumilikdə sivilizasiya proseslərinin müxtəlif meyllərini və istiqamətlərini təmsil edən müxtəlif ölkə və ölkə quruplarının maraq dairəsinə cəlb etdi. Heydər Əliyev cənablarının hakimiyyətə qayıdışı Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərinin və onun dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiyası üçün yeni dövrünün başlanğıcı oldu. Azərbaycanın regional iqtisadi inteqrasiya proseslərində iştirakı və beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı son illər göz önündədir. Azərbaycan hazırda dörd regional iqtisadi inteqrasiya birliyinin tam hüquqlu üzvüdür əv Aİ-ilə əməkdaşlıq və tərəfdaşlıq səviyyəsində əlaqələri mövcuddur. Azərbaycan-MDB münasibətləri regional əhəmiyyəti və mütərəqqi maraqlara xidmət etməsi ilə səciyyələnir. Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimini yaradıb, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunub. Eyni zamanda, MDB çərçivəsində bir sıra mühüm sənədlər qəbul olunub. Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu gün MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. MDB-yə daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini müəyyənləşdiriblər ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə verib. O cümlədən, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindəndir.MDB məkanında beynəlxalq iqtisadi inteqrasiyanın intensiv və ekstentiv inkişafının şəraiti və stimulu praktiki cəhətdən hiss olunan üstünlüklər və qarşılıqlı inteqrasiyanın nəticəsi olmalıdır. Hal-hazırda qarşılıqlı bazar münasibətlərinin əsaslandırılmış, real və məqsədyönlü şəkildə mikrosəviyyədə gücləndirilməsi prosesi gedir. Oktyabrın 13-də isə Prezident İlham Əliyev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub. Dövlət başçısının çıxışı zamanı söylədiyi fikirlər Azərbaycanın MDB məkanındakı nüfuzunu bir daha təsdiqləyir: “Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”. MDB məkanında beynəlxalq iqtisadi inteqrasiyanın intensiv və ekstentiv inkişafının şəraiti və stimulu praktiki cəhətdən hiss olunan üstünlüklər və qarşılıqlı inteqrasiyanın nəticəsi olmalıdır. Hal-hazırda qarşılıqlı bazar münasibətlərinin əsaslandırılmış, real və məqsədyönlü şəkildə  gücləndirilməsi prosesi gedir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button