Analitika

Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr

Azərbaycan ilə  Qırğızıstan  münasibətləri   qədim  tarixə  malikdir. Belə  ki, azərbaycanlılar    və qırğızlar   eyni  kökə, mədəniyyətə, qədim  tarixi  münasibətlərə  və  ənənələrə  malikdirlər. Bundan  başqa  bu  xalqları  dil  və  din  eyniliyi  də  birləşdirir. Hazırda  Qırğızıstanda 20 minə qədər azərbaycanlı  yaşayır.Onlar  Qırğızıstanın   ictimai-siyasi  həyatında yaxından  iştirak  edirlər. İki ölkə  arasında  diplomatik   əlaqələr   1993-cü  ilin   yanvar  ayının  19-da  qurulmuşdur. 1996-cı ilin  ortalarında   Azərbaycan  Respublikasının  Qırğızıstan   Respublikasında, 1998-ci ilin  may  ayında Qırğızıstan  Respublikasının  Azərbaycan   Respublikasının  Azərbaycan   Respublikasında   səfirlikləri  fəaliyyətə  başlayıb. İkitərəfli  münasibətlərin  inkişafında    dövlət   başçılarının   səfərləri  xüsusilə  böyük   əhəmiyyətə  malikdir.

Azərbaycan  Prezidenti   İlham  Əliyevin  Qırğız   Respublikasına   səfəri  ictimai  rəydə  rəğbətlə  qarşılanıb. Azərbaycanın   Orta  Asiyanın   türk  dövlətləri  ilə  geniş   əlaqələri  olub. Bütün  türk  dövlətləri  ilə  əməkdaşlığın  daim  inkişaf   etdirilməsi   ölkəmizin  xarici   siyasətinin   prioritet   istiqamətlərindən   biridir. Azərbaycanla   Qırğızıstan   arasında  yaranan  uğurlu   dövlətçilik   münasibətlərinin  əsası  Ulu  Öndər   Heydər  Əliyev   tərəfindən   qoyub. Ümummilli  Lider   1995-ci  ilin   avqustunda   Türkdilli  Dövlət   Başçılarının  lll  Zirvə   Görüşü   və  “Manas” eposunun   1000 illiyinə  həsr  olunmuş  tədbirlərdə   iştirak   etmək   üçün  ilk   dəfə   Qırğızıstana  səfərindən   sonra   ildən-ilə  inkişaf   edən  münasibətlər   hazırda   iki   ölkə  arasında   strateji   tərəfdaşlıq   səviyyəsinə   yüksəlib.

Prezident   İlham   Əliyev   Qırğız  Respublikasına   dövlət  səfəri çərçivəsində  ikitərəfli   danışıqlar  aparıb, həmçinin  Dövlətlərarası   Şuranın  l-ci  iclasında  iştirak  edib. Daha  sonra  Azərbaycan-Qırğızıstan  sənədlərinin  imzalanması  mərasimi  olub.  Azərbaycan  Prezidentinin   iştirakı  ilə  Qırğızıstan- Azərbaycan  Dostluq  Parkının, habelə  Heydər  Əliyev  və  Nizami  Gəncəvi  adına  ümumtəhsil məktəbinin   açılışı  olub.

Səfər  zamanı   Prezident   İlham  Əliyev  Qırğız  dövlətçiliyinin  ən  mühüm  inkişaf  mərhələlərinin  tarixi  yaddaşının  bərpası  və  qorunub  saxlanılmasını  özündə  əks  etdirən “ Ata- Beyt” Milli  Tarixi- Memorial  Kompleksini  ziyarət   edib, abidənin  önünə  əklil  qoyub.

Görkəmli  qırğız  yazıçısı  Çingiz  Aytmatovun  təklifi  ilə  kompleks  “Ata- Beyt” “Ataların  məzarlığı “ adlandırılıb. Dövlətimizin  başçısı  görkəmli  qırğız  yazıçısı  Çingiz  Aytmatovun  məzarını  da  ziyarət  edib  və  üzərinə  gül  dəstəsi  qoyub.

Qırğızıstan  Ermənistan- Azərbaycan, Qarabağ münaqişəsində  Azərbaycanın  ədalətli  mövqeyini  daim dəstəkləyib,münaqişənin  həlli  üçün  müəyyən  dövrlərdə  fəallıq  göstərməyə  çalışıb. 1994- ilin  may  ayında  MDB- nin  vasitəçiliyi  ilə  Ermənistanla  Azərbaycan  arasında   atəşkəs  haqqında  müqavilə  də  məhz  Qırğızıstanın  paytaxtı  Bişkek  şəhərində  imzalanıb.

Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki,diplomatik  əlaqələr  yarandığı  gündən  Qırğızıstan- Azərbaycan  ikitərəfli  əməkdaşlığı  qarşılıqlı  fayda  tərəfdaşlıq,  dostluq əsasında  qurulmuş  və  bütövlükdə  siyasi, ticarət- iqtisadi, elmi- texniki, mədəniyyət  və  digər   sahələrdə  uğurla  inkişaf  etmişdir.  Azərbaycan   digər  türkdilli  dövlətlərlə  olduğu  kimi,  Qırğızıstanla  da  geniş  siyasi-iqtisadi  və mədəni  əlaqələrini  etibarlı  şəkildə  davam  etdirir.

Ofelya Nəsirova,
Kimya Biologiya Təmayüllü Respublika Liseyi, tarix müəllimi.

Oxşar Xəbərlər

Back to top button