Gündəm

Azərbaycan Konsaltinqlər Assosiasiyası fəaliyyətə başlayır

Azərbaycanda biznes mühitinin inkişafına xidmət edəcək yeni assoasiasiya – Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA) fəaliyyətə başlayır. Assosiasiya təlim və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərin şəbəkələşməsində mühüm rol oynayacaq, üzvlərin fəaliyyətini əlaqələndirməklə müvafiq sahədə xidmətlərin  təkmilləşdirilməsinə töhfə verəcək.

Gundemws.az xəbər verir ki, Assosiasiyanın fəaliyyətinin təşkili məsələlərinin müzakirəsi ilə bağlı artıq İdarə Heyəti üzvlərinin ilk yığıncağı keçirilib. Yığıncaqda Assosiasiyanın işinin təşkili qaydaları, nizamnamənin qəbul edilməsi, üzvlük şərtləri və prosedurları, göstəriləcək xidmətlər və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Assosiasiyanın əsas hədəfi ölkədə dövlət və özəl qurumlara təlim və məsləhət xidmətləri göstərən şirkətlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadr mübadiləsi imkanlarının genişləndirilməsi, üzvlərin rəqabət qabiliyyəti və xidmət keyfiyyətinin artırılmasına nail olmaqdan ibarətdir. Qeyd olunub ki, müasir biznes tendensiyaları nəzərə alınmaqla, AKA-nın yaradılması təşəbbüsü xidmət sektorunun inkişafına müsbət təsir göstərəcəkdir.

Şəbəkələşmə, təlim və əməkdaşlıq platforması kimi Azərbaycan Konsaltinqlər Assosiasiyası konsaltinq xidmətləri göstərən bütün şirkətləri əməkdaşlığa dəvət edir.

Oxşar Xəbərlər

Back to top button